Millimizin üzvü oynamadı, komandası uduzdu

Almaniya üçüncü Bundesliqasında 9-cu turun matçları start götürüb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi  Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge Aue” "Münhen 1860" klubunun qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvünə bu görüşdə ehtiyac olmayıb. Nazarov sona qədər ehtiyatda qalıb.

"Erzgebirge Aue" çempionatda 3 xalla sonuncudu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right