Kökçü oynadı, komandası bərabərə qaldı

Niderland 1-ci divizionunda 7-ci turun matçları keçirilir.

Newsport.az-ın məlumatına görə, milli komandamıza dəvət edilən Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" "Roda" ilə üz-üzə gəlib.

Görüş 3:3 hesabı ilə yekunlaşıb. Meydana start heyətində daxil olan Kökçü 63-cü dəqiqədə penaltidən fərqlənib. 80-cı dəqiqədə isə hesab 3:1 olarkən əvəzlənib.

"Eyndhoven" hazırda 18 xalla 2-ci pillədədi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right