Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" növbəti transferini həyata keçirib.
Newsport.az-ın məlumatına görə, Yunanıstan klubu "Hoffenhaym"dan Dyadye Samassekunu heyətinə cəlb edib. Bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Olimpiakos" 26 yaşlı yarımmüdafiəçini 2022/2023 mövsümünün sonuna kimi Almaniya klubunundan icarəyə götürüb.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la ilik oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında ikinci görüş isə bir həftə sonra Bakıda baş tutacaq.