Bu gün Avropa Liqasının qrup mərhələsində 2-ci tura start veriləcək.
Newsport.az xəbər verir ki, 8 qrupda ümumilikdə 15 görüş baş tutacaq.
A qrupunun “Arsenal” (İngiltərə) – PSV (Niderland) matçı Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.
Türkiyə təmsilçilərindən “Trabzonspor” H qrupunda Serbiya “Srvena Zvezda”sını qəbul edəcək. B qrupunda yer alan “Fənərbaxça” isə Fransada “Renn”in qonağı olacaq.
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
15 sentyabr
A qrupu
23:00. Bodo Qlimt (Norveç) – Sürix (İsveçrə)
Xal: Arsenal – 3. Bodo Qlimt – 1. PSV – 1. Sürix – 0.
B qrupu
23:00. Dinamo (Kiyev, Ukrayna) – AEK (Larnaka, Kipr)
23:00. Renn (Fransa) – Fənərbaxça (Türkiyə)
Xal: Renn – 3. Fənərbaxça – 3. Dinamo – 0. AEK – 0.
C qrupu
23:00. Betis (İspaniya) – Lüdoqorets (Bolqarıstan)
23:00. Roma (İtaliya) – HJK (Finlandiya)
Xal: Betis – 3. Lüdoqorets – 3. Roma – 0, HJK – 0.
D qrupu
23:00. Braqa (Portuqaliya) – Union Berlin (Almaniya)
23:00. Yunion (Belçika) – Malmö (İsveç)
Xal: Braqa – 3. Yunion – 3. Union Berlin – 0. Malmö – 0.
E qrupu
20:45. Şerif (Moldova) – Mançester Yunayted (İngiltərə)
20:45. Real Sosyedad (İspaniya) – Omoniya (Kipr)
Xal: Şerif – 3. Real Sosyedad – 3. Mançester Yunayted – 0. Omoniya – 0.
F qrupu
20:45. Midtyulland (Danimarka) – Latsio (İtaliya)
20:45. Feyenoord (Niderland) – Şturm (Avstriya)
Xal: Latsio – 3. Şturm – 3. Midtyulland – 0. Feyenoord – 0.
G qrupu
20:45. Olimpiakos (Yunanıstan) – Frayburq (Almaniya)
20:45. Qarabağ (Azərbaycan) – Nant (Fransa)
Xal: Frayburq – 3. Nant – 3. Qarabağ – 0. Olimpiakos – 0.
H qrupu
23:00. Trabzonspor (Türkiyə) – Srvena Zvezda (Serbiya)
23:00. Monako (Fransa) – Ferentsvaroş (Macarıstan)
Xal: Ferentsvaroş – 3. Monako – 3. Srvena Zvezda – 0. Trabzonspor – 0.