Almaniya kubokunun 1/32 final mərhələsinin oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, bu mərhələdə qalib bir oyunla müəyyənləşir. Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" növbəti mərhələyə vəsiqə uğrunda səfərdə 5-ci liqa təmsilçisi "Roytlingen"lə üz-üzə gəlib.
Qarşılaşma Nazarovun klubu üçün uğursuz başlayıb. Belə ki, millimizin üzvünün start heyətində meydana çıxdığı matçın 12-ci dəqiqəsində qonaqlar azlıqda qalıb. "Göy-ağlar"ın müdafiəçisi Manuel Qulde qırmızı vərəqəylə cəzalanıb. Bundan sonra taktikada dəyişiklik edən "Karlsrue"nin baş məşqçisi Markus Kauçinski qarşılaşmanın 14-cü dəqiqəsində Nazarovu müdafiəçi Byarne Tolkeylə əvəzləyib. Ancaq bu gediş 2-ci Bundesliqa təmsilçisinə heç bir fayda verməyib.
Oyunun gedişində daha iki qırmızı vərəqə alaraq meydanda 8 nəfərlə qalan "Karlsrue" rəqibinə 1:3 hesabıyla məğlub olaraq Almaniya kubokuna elə ilk mərhələdəcə vida edib.