Bundesliqada növbəti baş məşqçi ayrılığı

Almaniya Bundesliqasında mövsümün ikinci baş məşqçi istefası gerçəkləşib.

 

Newsport.az xəbər verir ki, "Bohum" Tomas Reisin işinə son verib. 49 yaşlı mütəxəssisin qovulmasına səbəb komandanın uğursuz nəticələridir.

 

"Bohum" Bundesliqada meydana çıxdığı 6 oyunun hamısında məğlub olub.

 

Qeyd edək ki, bir neçə gün öncə "Leyptsiq"də baş məşqçi Domeniko Tedeskounu istefaya göndərmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right