Azərbaycanlı forvard Superliqada ayın futbolçusu seçildi

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov İsveçrə Superliqasında avqustun ən yaxşı oyunçusu seçilib.

Newsport.az-ın məlumatına görə, bu barədə Superliqanın rəsmi saytı məlumat yayıb. Qurumun rəsmi saytında Dadaşovun son bir ayda iki qol vurub, bir məhsuldar ötürmə etməsi qeyd edilib. Bununla da o, ötən ay “Qrasshopper”in əsas fiquruna çevrilmişdi.

​Bundan başqa, bildirilir ki, bu mövsümün 7 turunda azərbaycanlı hücumçuya (23 dəfə) edilən kobudluq qədər başqa heç kimə edilməyib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right