"Vulverhempton" Dieqo Kostanı heyətinə qatıb.
Newsport.az-ın məlumatına görə, 33 yaşlı hücumçu bir illik müqavilə imzalanıb.
Kostanın son klubu "Atletiko Mineyro" olub. Bundan əlavə o, "Atletiko", "Çelsi"də də çıxış edib.
Bir neçə gün əvvəl forvardın "Qarabağ"a gəlməyə hazır olduğu iddia edilirdi.