"Milan" futbolçusu Rade Kruniçlə müqaviləni yeniləyib.
Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə 3 illik yeni sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi 2024-cü ilin yayına qədər idi.
Qeyd edək ki, Kruniç bu mövsüm A seriyasındacəmi 1 oyun keçirib.