Xavi: "Messi tarixin ən yaxşısıdır"

"Barselona"nın baş məşqçisi Xavi Ernandes klubun sabiq futbolçusu Lionel Messi haqqında danışıb.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, 35 yaşlı hücumçunu tərifləyib:

"Messinin gedişi ilə bağlı kədər heç vaxt bitməyəcək. O, tarixin ən yaxşısıdır. Onun etdiyi hər şey qeyri-adi idi. Təəssüf ki, bu bitdi və indi başqa oyunçularımız var. Hələ nəyisə proqnozlaşdırmaq tezdir, amma biz ümidliyik”,

Qeyd edək ki, Messi 2021-ci ilin yayında "Barselona"dan yrıldıqdan sonra PSJ-yə keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right