UEFA Çempionlar Liqasının rəsmi Tvitter hesabında "Napoli" nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya haqqında paylaşım edib.
Newsport.az xəbər verir ki, ötən gecə qrup mərhələsinin 1-ci turunda "Liverpul"la görüşdə qol ötürməsi ilə yadda qalan 21 yaşlı hücumçu barədə bu sözlər yazılıb: "Kvaratsxeliya xüsusidir".
Qeyd edək ki, ötən gecə "Napoli" "Liverpul"a 4:1 hesabı ilə qalib gəlib. Xviça isə 44-cü dəqiqədə Canluka Simeonenin vurduğu qolun ötürməsini verib.
Xatırladaq ki, Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə “Kəpəz”də, 1998-2005-ci illərdə isə “Şəmkir”də oynayıb. O, 2000-ci ildə Azərbaycan milli komandasında çıxış edib.