Təxirə salınmış oyunda “Loryan” qələbə qazandı

Futbol üzrə Fransa çempionatında 2-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Newsport.az-ın məlumatına görə, günün yeganə matçında “Loryan” doğma meydanda Lion “Olimpik”i ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər. İlk hissəni 2:1 öndə qapayan “Loryan” fasilədən sonra da yekun nəticəni müəyyənləşdirib.

6 turdan sonra PSJ və Marsel “Olimpik”inin hesabında 16 xal var. “Lans” 14 xalla üçüncüdür. Lion “Olimpik”i ilə “Loryan” isə 13 xalla qonşu pillələrdə qərarlaşıblar.

Fransa, Liqa 1
2-ci turun oyunu
7 sentyabr

Loryan – Olimpik (Lion) 3:1
Qol:
Le Fi, 6. Moffi, 33. Outtara, 49 – Lakazett, 28.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right