“Fulhem”dən Türkiyə klubuna

Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi İngiltərənin “Fulhem” klubunun yarımmüdafiəçisi İvan Kavaleyronu heyətinə qatıb.

Bu barədə Alanya klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı vinger 2022/23 mövsümünün sonuna kimi icarəyə götürülüb.

İvan Kavalyero 2020-ci ilin yanvarında 11.8 milyon avro qarşılığında “Vulverhempton”dan “Fulhem”ə transfer olunub. O, bu komandanın heyətində 78 matça çıxıb, 7 qol vurub. Portuqaliyadan olan futbolçu, daha öncə “Benfika”, “Deportivo” və “Monako”da da forma geyinib. O, Portuqaliya yığmasında 2 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right