PSJ-nin futbolçu Mauro İkardinin "Qalatasaray"a keçidi rəsmiləşib.
Newsport.az-ın məlumatına görə, 29 yaşlı hücumçu müqavilə imzalamaq üçün İstanbula gəlib. Argentinalı forvard bu mövsümün sonunadək "Qalatasaray"da icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, İkardi İtaliyanın "Sampdoriya" və "İnter" klublarında da çıxış edib.