Avropa Liqasında ən uzun səfər "Qarabağ"a görə olacaq

UEFA Avropa Liqasının qrup mərhələsində bir-biri ilə oyunlar üçün ən çox məsafə qət edəcək 2 komandanın adı müəyyənləşib.

Newsport.az "The Sweeper"ə istinadən xəbər verir ki, bunlar "Qarabağ" və Fransa "Nant"ıdır.

Nant hava limanından Heydər Əliyev Beynəlxalq Aeroportunadək olan məsafə 4 118 km-dir. Bunun üçün 7 saatdan artıq uçuş tələb olunur. Avropa Liqasının qruplarındakı digər komandaların heç biri öz aralarındakı oyunlara bu qədər uzunluqda yol qət etməyəcək.

Qeyd edək ki, "Qarabağ" "Nant"la sentyabrın 15-də evdə, oktyabrın 27-də isə səfərdə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right