Mbappe Messini keçdi, ÇL rekordu qırdı

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasında yeni rekorda imza atıb.

Newsport.az xəbər verir ki, o, buna ötən gecə "Yuventus"la görüşdə dubl etməklə nail olub. Mbappe turnirdə 35-ci qolunu vurub. 23 yaş 260 günlyündə olan forvard ÇL-də 35 qol həddinə ən tez çatan oyunçu adını qazanıb.

Bundan əvvəlki rekord hazırda PSJ-də çıxış edən Lionel Messiyə məxsus idi. O, "Barselona"da oynayarkən 23 yaş 307 günlüyündə 35 qol həddinə çatmışdı.

Qeyd edək ki, Mbappenin qolları sayəsində PSJ "Yuventus"a qali gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right