PSJ-nin prezidenti Nasser Əl-Xələfi UEFA Çempionlar Liqasının yeni formatı haqda danışıb.
Newsport.az məlumatına görə, o, Super Liqanı formalaşdırmaq istəyən klublara üstünlük vermək lazım olmadığını deyib:
“Futbol ənənəyə əsaslanır, lakin yenilikçi, yaradıcı olmalıdır. Azarkeşləri cəlb etmək və matçları daha da maraqlı etmək üçün daha çox şey edilə bilər. Məsələn, oyunçuların və matçın ətrafında baş verən hər şey haqqında danışa bilərsiz. Çempionlar Liqasının yeni formatı gəlirlərin əhəmiyyətli dərəcədə artması sayəsində artıq onu göstərir ki, biz iki və ya üç Super Liqa klubuna üstünlük vermədən də inkişaf edə bilərik”.
Ötən il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.