Hakan Çalhanoğlu: "Bavariya" ilə oyuna yaxşı motivasiya olmuşuq"

"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Bavariya" ilə Çempionlar Liqası matçından əvvəl açıqlama verib.

Newsport.az məlumatına görə, türk yarımmüdafiəçi A Seriyasında "Milan"a 3:2 hesabı ilə məğlub olduqları görüşü dəyərləndirib. 28 yaşlı futbolçu öz səhvlərinə görə Milan derbisində uduzduqlarını deyib:

"Milan"la matçı təhlil etdik. Öz səhvlərimizə görə məğlub olduq. Dərhal toparlanmalı və özümüzə gəlməliyik. "Bavariya" ilə oyuna yaxşı motivasiya olmuşuq. Bu, bir Çempionlar Liqası matçıdır və hazır olacağıq".

Qeyd edək ki, "İnter" - "Bavariya" qarşılaşması sabah Bakı vaxtilə saat 23:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right