"Fənərbaxça" futbolçusunu İstanbulun digər klubuna göndərir

Türkiyənin "Fənərbaxça" klubu Burak Kapacakı icarəyə verir.

Newsport.az məlumatına görə, 22 yaşlı vinger İstanbulun digər təmsilçisi "Fatih Karagümrük"ə göndəriləcək. Futbolçu 2022/2023 mövümünü icarə əsasında Andrea Pirlonun baş məşqçi olduğu komandada keçirəcək.

Qeyd edək ki, Burak Kapacak "Fənərbaxça"ya 2021-ci ilin yayında "Bursaspor"dan transfer olunub. O, "sarı-lacivərtlilər"in heyətində 7 matçda meydana çıxıb. Oyunçunun "Fənərbaxça" ilə müqaviləsi 2026-cı ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right