Alleqri: "PSJ Çempionlar Liqasının bir nömrəli favoritidir"

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri 2022/23 mövsümündə PSJ-ni Çempionlar Liqasının əsas favoriti hesab edir.

Newsport.az xəbər verir ki, o, bu barədə Fransa təmsilçisi ilə bu gün keçirəcəkləri oyundan əvvəl açıqlamasında danışıb. Alleqri deyib:

“Qrupdan çıxmaq üçün 10 xal qazanmalıyıq. PSJ ilə matç görkəmli komandaya qarşı oynamaq üçün yaxşı fürsətdir. Çətin matçımız var. Sırf PSJ ilə oyunda qarşı üç xal qazanmağımızın heç bir əhəmiyyəti yoxdur. Əsas odur ki, ümumilikdə 10 xal toplamalıyıq. Bu, əyləncəli, adrenalin dolu matç olacaq. Çempionlar Liqası xüsusi emosiyalar verir. Bu yarışda oynamaq bizim hamımız üçün şərəfdir və PSJ ilə qarşılaşma mümkün olan ən gözəl oyunlardan biridir. PSJ ən güclü komandalardan biridir. Onlar bu mövsüm Çempionlar Liqasının bir nömrəli favoritləridirlər".

Qeyd edək ki, bu gün Fransada keçiriləcək PSJ - "Yuventus" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right