Vadji debüt etdi, "Sent-Etyen"ə penalti qazandırdı

"Qarabağ"dan "Sent-Etyen"ə keçən İbrahima Vadji Fransa klubunda debüt edib.

Newsport.az xəbər verir ki, seneqallı hücumçu Liqa 2-nin 7-ci turunda səfərdə "Pau" ilə matçda oynayıb. O, meydana 66-cı dəqiqədə daxil olub. Forvard 84-cü dəqiqədə komandasına penalti də qazandırıb. Lenni Pintor isə həmin penaltini qola çevirib.

Nəticədə "Sent-Etyen" məğlubiyyətdən xilas olub - 2:2.

Qeyd edək ki, hazırda turnir cədvəlində "Sent-Etyen" 4 xalla 19-cu sıradadır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right