"Sevilya" yeni forvardını təqdim etdi

"Sevilya" "Nitsa"dan heyətinə qatdığı Kasper Dolberqi ictimaiyyətə təqdim edib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı forvard mövsüm sonuna qədər Əndəlusiya klubunda icarə əsasında çıxış edəcək. 

Mövsüm başa çatdıqdan sonra isə "Sevilya" danimarkalının transfer hüququna malik olacaq.

“Silkeborq”, "Ayaks”da oynamış futbolçu 2019-cu ildən oynadığı "Nitsa"da üç mövsümə 85 oyunda 24 qol vurmuşdu. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right