Ronaldu 20 ildən sonra Avropa Liqasının oyunları üçün sifariş olunub

İngiltərənin "Mançester Yunayted" klubu UEFA Avropa Liqasının oyunları üçün sifariş ərizəsini açıqlayıb.

Newsport.az-ın məlumatına görə, siyahıya Kriştianu Ronaldunun da adı daxil edilib.

37 yaşlı oyunçu heyətdə yer alan 5 hücumçudan biridir.

"Qırmızı şeytanlar" qrup mərhələsində Kiprin "Omoniya", Moldovanın "Şerif" və İspaniyanın "Real Sosyedad" klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Kriştianu Ronaldu son olaraq, 2002/2003 mövsümündə Avropa Liqasında çıxış edib. Həmin vaxt turnir UEFA Kuboku adlanırdı və forvard Portuqaliya "Sportinq"inin formasını geyinirdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right