"Sumqayıt" "Yuventus"la eyni turnirdə iştirak etdi

“Sumqayıt”ın 2010-cu il təvəllüdlü futbolçuları Gürcüstanda keçirilmiş beynəlxalq turnirdə iştirak edib.

 

Newsport.az xəbər verir ki, 2-4 sentyabr tarixlərində Batumidə baş tutan turnirdə Gürcüstanın “Dinamo”, “Poti”, “Merani”, “Vikinqsa", “Samtredia”, “Qori”, “Celero”, “Torpedo”, İtaliyanın “Yuventus”, Qazaxıstanın “Kayrat”, “Sdushor” və digər klublar da çıxış edib.

 

"Sumqayıt" turnirin "A" qrupunda "Dinamo", "Merani" "Poti" və "İnter" (Gürcüstan Akademiyası) ilə mübarizə aparıb. 12 yaşlılar bu mərhələdə "Merani" və "İnter" üzərində qələbə qazanıb (2:0; 3:1), "Poti" ilə heç-heçə edib (1:1) və "Dinamo"ya məğlub olub (0:2).

 

"Kimyaçılar" ümumilikdə 2 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə edib. Qrup 2-cisi kimi turnirin 1/4 finalına vəsiqə qazanan komanda bu mərhələdə “B” qrupunun lideri olan Qazaxıstanın "Kayrat" kollektivinə 1:2 hesabı ilə məğlub olub.

 

Turnirin qalibi isə finalda “Kayrat” üzərində qələbə qazanan (2:0) İtaliyanın “Yuventus” klubu olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right