İran çempionatında 2015/2016 mövsümünün ikinci turunun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Təbrizin "Traktor Sazi" klubu ötən gün mövsümdə ikinci matçına çıxıb.
Komanda səfərdə "Qostareş"in qonağı olub. Mövsümə xal itkisi ilə başlayan (0:0) "Traktor Sazi" bu dəfə qələbə qazanmağa çalışıb və buna nail olub. Görüş təbrizlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Traktor Sazi" ötən mövsümün son matçında evdə "Naft Tehran"la 3:3 bərabərə qalaraq çempionluq şansını əldən verib.
7 avqust
İran çempionatı, 2-ci tur
19:00. "Qostareş" - "Traktor Sazi" - 1:3