"Çelsi"dən ayrılan futbolçu Fransaya getdi

"Çelsi"dən ayrılan Ross Barklinin yeni klubu məlum olub.

 

Newsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Fransada davam etdirəcək. İngiltərə millisinin üzvü "Nitsa" klubu ilə anlaşıb. Liqa 1 təmsilçisi təcrübəli futbolçu ilə imzalanan müqavilənin müddətini açıqlamayıb.

 

Qeyd edək ki, Ross Barkli "Çelsi"yə 2018-ci ildə "Everton"dan transfer olunmuşdu. 28 yaşlı yarımmüdafiəçi "zadəganlar"ın heyətində meydana çıxdığı 100 rəsmi matçda 12 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right