Ronaldo "Arsenal"a qarşı matçda ən pis oyunçulardan biri olub

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasının 6-cı turunda "Arsenal"a qarşı matçda zəif çıxışla yadda qalıb.

Newsport.az "WhoScored"a istinadən xəbər verir ki, portuqaliyalı hücumçu futbolçular arasında ən pis statistikaya görə sondan ikinci olub. O, 6.26 xalla yalnız komanda yoldaşı Harri Maquayrı (5.99) qabaqlaya bilib.

Kriştiano matça ehtiyat oyunçular skamyasında başlayıb və 58-ci dəqiqədə meydana daxil olub. Görüş onun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right