41 milyon avro alaraq “Barselona”ya transfer olan futbolçu Arda Turan axtardığı evi tapıb.
Newsport.az-ın məlumatına görə, Barselonada yaşayacağı evi tapmaqda ona futbolçu dostları da kömək edib. Ən böyük dəstəyi Jerard Pikedən alan Arda ikimərtəbəli villaya ayda 5 min avro ödəyəcək. Gözəl mənzərəsi olan mənzilin həyətində böyük hovuz da var.