“Milan” UEFA Çempionlar Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini təqdim edib.
Newsport.az-ın məlumatına görə, siyahıda Çiprian Tataruşanu, Aster Vranks, Malik Thiau, Yasin Adly, Timo Bakayoko və Zlatan İbrahimoviç yer almayıb. 40 yaşlı isveçli hücumçu zədəsini sağaldır.
“Milan” Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”, “Leyptsiq” və Zaqreb “Dinamo”su ilə qarşılaşacaq. Zaqreb klubunda Azərbaycan millisinin hücumçusu Mahir Emreli forma geyinir.