Gürcü futbolçu İtaliyada ən yaxşı seçildi

İtaliya A Seriyasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, geridə qalan ayın ən yaxşısı adına "Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya layiq görülüb. Gürcü vinger İtaliya Futbolçular Birliyinin seçiminə əsasən ən yaxşı adına layiq görülüb.

Qeyd edək ki, 21 yaşlı futbolçu avqust ayında "Napoli"nin heyətində meydana çıxdığı 4 A Seriyası matçında 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right