"Qarabağ"ın rəqibi Bundesliqanın lideri oldu

Almaniya Bundesliqasında V turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq" səfərdə Leverkuzen "Bayer"inin qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 12-yə yüksəldən "Frayburq" Almaniya Bundesliqasının lideridir.

Qeyd edək ki, "Qarabağ" "Frayburq"la ilk oyunu sentyabrın 8-i Almaniyada keçirəcək. Komandalar arasında ikinci görüş isə 3 noyabr tarixində Bakıda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right