İbrahima Vadji: "Bu stadionda oynamaq arzum idi"

"Qarabağ"dan "Sent-Etyen"ə transfer olunan İbrahima Vadji mətbuat konfransı keçirib.

Newsport.az-ın məlumatına görə, seneqallı forvard Fransa təmsilçisinində oynamağın onun arzusu olduğunu deyib:

“Sent-Etyen” hər bir seneqallı futbolçunun oynamaq istədiyi fantastik klubdur. Komandanın Liqa 1-dəki matçlarını izləmişəm. Bu stadionda oynamaq arzum idi”.

Qeyd edək ki, İbrahima Vadji "Sent-Etyen"lə 3 illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right