Rusiya Premyer Liqası təmsilçisi "Ximki"nin yeni baş məşqçisi müəyyənləşib.
Newsport.az-ın məlumatına görə, bu vəzifəyə Spartak Qoqniyev təyin olunub. Onunla 2+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov adın "Ximki" ilə hallanırdı.
Xatırladaq ki, S.Qoqniyev ötən mövsüm "Alaniya"nı (Rusiya) çalışdırıb.