Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün Xorvatiya çempionatında 8-ci tur oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, Zaqreb təmsilçisi evdə "Riyeka" ilə üz-üzə gələcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 19 xalla liderdir. "Riyeka" isə 5 xalla sonuncu 10-cu pillədə qərarlaşır.
Xorvatiya çempionatı, 8-ci tur
22:00. "Dinamo" (Zaqreb) - "Riyeka"
Baş hakim: İqor Payaç
"Maksimir" stadionu