İstanbul klubu Emre Belözoğlunun müqaviləsini uzatdı

Türkiyənin "Başakşehir" klubu baş məşqçi Emre Belözoğlu ilə yola davam etmək qərar verib.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi 41 yaşlı mütəxəssislə 2 illik yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Emre Belözoğlu 2021-ci ilin oktyabr ayından "Başakşehir"i çalışdırır. O, daha əvvəl "Fənərbaxça"nın baş məşqçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right