Zinəddin Zidanın oğlu İspaniyanın aşağı liqa klubuna keçib

Ispaniyanın "Real Madrid" komandasının sabiq futbolçusu Lüka Zidan "Eybar"a keçib.

Newsport.az-ın məlumatına görə, 24 yaşlı qolkiper yeni klubuna azad agent qismində transfer olunub. Səviyyəcə ikinci liqa sayılan Sequndanın təmsilçisi onunla 2 illik müqavilə bağlayıb.

L.Zidanın sonuncu klubu son 2 mövsümdə formasını geyindiyi "Rayo Valyekano" olub. O, "Rasinq" və "Real Madrid"in B komandasında da çıxış edib.

Qeyd edək ki, Lüka Zidan əfsanəvi futbolçu Zinəddin Zidanın oğludur.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right