PSJ Almaniya millisinin üzvünü icarəyə verdi

Portuqaliyanın "Benfika" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Lissabon təmsilçisi PSJ-dən Julyan Draksleri heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Almaniya millisinin üzvü 2022/2023 mövsümün icarə əsasında "Benfika"da keçirəcək. 28 yaşlı vinger yeni klubunda 93 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Julyan Draksler PSJ-yə 2017-cil ilin yayında "Volfsburq"dan transfer olunub. Təcrübəli yarımmüdafiəçi Paris təmsilçisinin heyətində meydana çıxdığı 198 matçda 26 qol və 41 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right