Uesli Fofananı "Çelsi"yə satan "Lester" müdafiə xəttini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, İngiltərə klubu Fransa "Reyms"indən Vout Faesi transfer edib. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belçikalı futbolçu ilə 2027-ci ilin yayına kimi sözləşmə imzalanıb. "Lester" 24 yaşlı müdafiəçi üçün Fransa klubuna 17 milyon avro ödəyəcək.
Qeyd edək ki, Vout Faes "Reyms"in heyətində meydana çıxdığı 77 matçda 5 qol vurub.