"Liverpul" Arturu transfer etmək niyyətindədi.
Newsport.az-ın məlumatına görə, "Yuventus"un futbolçusu icarə əsasında Mersisayd klubuna keçə bilər.
Artıq bununla bağlı razılıq əldə olunub. Futbolçu tibbi müayinədən keçdikdən sonra yeni komandasına qoşulacaq.
Braziliyalı hələ ki, bu mövsüm "Yuventus"un heyətində meydana çıxmayıb.