Türkiyə çempionu İspaniyada oynayan forvardla anlaşdı

"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, adı "Fənərbaxça" ilə hallanan Maksi Qomez "Trabzonspor"la anlaşıb.

Uruqvaylı forvardın bu gün İstanbula yollanacağı gözlənilir. Belə ki, o, "Ümraniyespor"la matç üçün İstanbula yollanacaq "Trabzonspor"un düşərgəsinə elə burada qoşulacaq. 26 yaşlı forvard Qaradəniz təmsilçisi ilə 4 illik müqaviləyə qol çəkəcək. Türkiyə klubu isə onun üçün 3 milyon avro ödəyəcək.

Qomez “Defensor Sportinq” və “Selta”da oynadıqdan sonra 2019-cu ildə “Valensiya”ya keçib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right