Millimizin rəqibinin baş məşqçisi açıqlandı

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Slovakiyanın yeni baş məşqçisi məlum olub.

 

Newsport.az xəbər verir ki, komandanı Françesko Kaltsona çalışdıracaq. Bu barədə Slovakiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 

 

54 yaşlı italiyalı mütəxəssislə 2023-cü ilin sonunadək nəzərdə tutulan sözləşmə imzalanıb.

 

Qeyd edək ki, Slovakiya yığması C Liqasının III qrupunun Bakıda keçirilən oyununda millimizi 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında ikinci matç 22 sentyabr tarixində Slovakiyada baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right