Belçikanın “Brügge” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, “Benfika”dan Roman Yaremçuk heyətə cəlb edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Ukrayna millisinin üzvü ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb. “Brügge” 26 yaşlı hücumçu üçün Portuqaliya klubuna 19 milyon avro ödəyib.
Qeyd edək ki, Yaremçuk "Benfika”ya 2021-ci ilin yayında "Gent"dən transfer olunmuşdu. O, sözügedən komandanın heyətində meydana çıxdığı 47 matçda 9 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.