"Bavariya" futbolçusu Coşua Zirkzeeni satıb.
Newsport.az-ın məlumatına görə, niderlandlı hücumçu İtaliyanın "Bolonya" klubuna keçib. Bu barədə A seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
21 yaşlı hücumçu ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalanıb.
İtaliya mətbuatı bu transfer üçün "Bolonya"nın qarşı tərəfə 10 milyon avro ödədiyini yazıb.
Qeyd edək ki, Coşua ötən mövsüm icarə əsasənda "Anderlext"də çıxış edib. O, Belçika klubunun heyətində 47 oyuna 18 qol vurub, 13 qol ötürməsi edib.