"Ayaks"ın futbolçusu Antoni yaxın vaxtlarda "Mançester Yunayted"ə keçəcək.
Newsport.az jurnalist Fabrizio Romanonun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi tibbi müayinə üçün İngiltərə klubunun bazasına gedib. 22 yaşlı futbolçunun transferi ilə bağlı yaxın vaxtlarda açıqlama veriləcəyi gözlənilir.
Qeyd edək ki, "Mançester Yunayted"in Antoni üçün bonuslar da daxil olmaqla təxminən 102 milyon avro ödəyəcəyi gözlənilir.