İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, London təmsilçisi "Lion"un yarımmüdafiəçisi Lukas Paketanı transfer edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat verib.
Premyer Liqa klubu Braziliya millisinin üzvü ilə 5 illik müqavilə imzalayacaq. "Vest Hem" 25 yaşlı futbolçu üçün Fransa klubuna 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, "Lion" Lukas Paketanı 2020-ci ilin yayında "Milan"dan transfer edib. Oyunçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 8- matçda 21 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.