"Fənərbaxça" uruqvaylı hücumçu ilə razılaşdı

Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni hücumçu ilə gücləndirməyə hazırlaşır.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi "Valensiya"dan Maksi Qomeslə razılaşıb. Bu barədə "Goal" nəşri məlumat yayıb.

26 yaşlı futbolçu yaxın günlərdə Türkiyəyə gedəcək və "sarı-lacivərtlilər"lə müqavilə imzalayacaq.

Maksi Qomes 2019-cu ilin yayından "Valensiya"da çıxış edir. Uruqvaylı forvard "yarasalar"ın heyətində 108 oyunda 22 qol vurub, 12 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right