Fransalı keçmiş futbolçu Tyerri Anri İtaliyanın "Komo" klubunun ortaq sahibi olub.
Newsport.az-ın məlumatına görə, o, klubun səhmlərinin yarısını alıb. Bu barədə "Komo"nun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, İtaliya B Seriyasında mübarizə aparan klub yay transfer pəncərəsi zamanı Sesk Fabreqas və Patrik Kutrone kimi futbolçuları heyətinə qatıb.