İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az-ın məlumatına görə, La Liqa təmsilçisi Portuqaliyanın “Vitoriya” (Gimaraynş) klubundan Andre Almeydanı transfer edib.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu ilə 6 illik müqavilə imzalanıb. “Valensiya” bu transfer üçün “Vitoriya”ya 7.5 milyon avro ödəyib.
Almeyda “Vitoriya”nın öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi meydana çıxdığı 88 oyunda 3 qola imza atıb. O, Portuqaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.
“Valensiya” öz yarımmüdafiəçisi Koba Koindredini də “Real Ovyedo”ya icarəyə verib. 20 yaşlı futbolçu 2022/23 mövsümünün sonuna kimi icarədə olacaq. Cibuti əsilli fransalı futbolçu “Lans”ın yetirməsidir. O, 2019-cu ildən formasını geyindiyi “Valensiya”da 12 oyuna çıxıb, 1 qol vurub.