"Qarabağ"ın rəqibindən heç-heçə

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləridən olan "Olimpiakos" Yunanıstan çempionatında 2-ci tur oyununa çıxıb.

Newsport.az-ın məlumatına görə, Pirey təmsilçisi "Asteras"ın qonağı olub və qolsuz bərabərə qalıb. 

Bu nəticədən sonra xalını 4-ə çatdıran "Olimpiakos" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə oktyabrın 13-ü Bakıda keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right