“Başakşəhər”də seneqallı hücumçu

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi “Bandırmaspor”un hücumçusu Filipp Kenini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Seneqaldan olan futbolçu ilə 3 illik müqavilə imzalanıb. “Başakşəhər”in bu transfer üçün 1-ci liqa təmsilçisinə nə qədər təzminat ödədiyi bilinmir.

Keni peşəkar karyerasına Fransanın “Tur” klubunda başlayıb. O, bu ölkədə “Şatoru”nun da formasını geyinib. 2021-ci ilin iyul ayından “Bandırmaspor”da çıxış edən Keni, bu komandanın heyətində 36 oyunda 14 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right